logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin Almaniyanın xarici işlər üzrə federal naziri ilə görüşü olub

Text size icon-size icon-size

20 yanvar 2015, 22:45

Berlində Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer ilə görüşü olub.

Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer Azərbaycana son səfəri zamanı keçirdiyi səmərəli görüşləri xatırlatdı, həmin səfərin məhsuldar olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi