logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Türkiyəyə dövlət səfərinə gəlib

Text size icon-size icon-size

14 yanvar 2015, 18:20

Prezident İlham Əliyev Türkiyə Respublikasına dövlət səfərinə gəlib.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi