Ə.C. Əhmədzadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
07 yanvar 2015, 14:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə Əhməd Cuma oğlu Əhmədzadə “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 yanvar 2015-ci il.