logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizeri qəbul etmişdir

Text size icon-size icon-size

14 yanvar 2011, 16:59

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizeri qəbul etmişdir.

Görüşdə ölkəmizdə idmanın inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərdən söhbət açılmış, idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində Azərbaycanın gördüyü işlərdən danışılmışdır.

Söhbət zamanı Azərbaycanda ardıcıl olaraq mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi və bunların yüksək səviyyədə təşkil edildiyi vurğulanmışdır. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi