Rusiya Notariuslar Assosiasiyasının sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti professor Natiq Ağamirovdan
27 dekabr 2014, 12:20
Möhtərəm cənab Prezident,
İcazə verin, Sizi ad gününüz və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edim. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və doğma Azərbaycanın rifahı naminə fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm.
Mən Sizi Rusiya Notariuslar Assosiasiyasının təmsil etdiyi hüquq ictimaiyyəti adından və şəxsən öz adımdan, Sizin və Azərbaycanın təəssübünü çəkən hər kəs adından təbrik edirəm. Belə insanlar çoxdur və onların sayı gündən-günə artır.
Bu gün hamı belə bir faktı etiraf edir ki, Azərbaycan dövləti müstəqillik yolunda möhkəm dayanıb, onun beynəlxalq nüfuzu artıb, ölkə iqtisadi və sosial inkişafda misli görünməmiş nailiyyətlər əldə edib. Bu, dünya birliyinin üzləşdiyi qlobal siyasi və iqtisadi problemlər fonunda xüsusilə nəzərə çarpır.
Zati-aliləri, Sizin ad gününüzün hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində qeyd olunması dərin rəmzi məna daşıyır.
Hər bir azərbaycanlı üçün əlamətdar olan bu gündə tarixi Vətənin hüdudlarından kənarda yaşayan həmvətənlərimiz Sizin Azərbaycan Respublikasının tərəqqisinə yönələn fəaliyyətinizi hərtərəfli dəstəklədiklərini böyük ruh yüksəkliyi ilə bəyan edir və Yeni ili ümidlə qarşılayırlar. İnanırlar ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha böyük uğurlar qazanacaq, dünyanın inkişaf etmiş ölkələri sırasında öz mövqelərini möhkəmləndirəcək.
Biz Sizinlə - yüksək intellektə, hərtərəfli biliyə malik, parlaq siyasi xadim olan Prezidentimizlə fəxr edirik.
Biz əminik ki, Tanrının Sizə bəxş etdiyi yüksək mənəvi güc sayəsində Siz həyatınızın başlıca amalına - Azərbaycanı güclü, sabit və çiçəklənən diyara çevirmək məqsədinə nail olacaqsınız. Qoy Ulu Tanrı bu çətin və nəcib işdə Sizə güc və səbir versin.
Möhtərəm İlham Heydər oğlu, icazə verin, ad gününüzü bir daha təbrik edim.
Qoy, qarşıdan gələn yeni, 2015-ci il Sizə, ailənizə və bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və xoşbəxtlik gətirsin.
Dərin hörmətlə,
professor Natiq Ağamirov
Rusiya Notariuslar Assosiasiyasının sədri,
Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti