Şamil İbrahimovdan, Saatlı, Azərbaycan


27 dekabr 2014, 13:15
Hörmətli cənab Prezident!
Saatlı rayonu Qaracalar kənd tam orta məktəbinin 2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olması və Sizin 2014-cü il 17 dekabr tarixli Sərəncamınızla mükafatlandırılması məktəbimizin pedaqoji kollektivinə və bütün şagirdlərinə böyük sevinc bəxş etdi.
Məktəbimizin ən yaxşılar sırasında olması bizim üçün böyük fəxrdir. Çalışacağıq ki, bu yüksək adı qorumaq üçün işimizi daim təkmilləşdirək və günün tələbləri səviyyəsində quraq.
Möhtərəm cənab Prezident, Sizə kollektivimiz adından dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.
Hörmətlə,
Şamil İbrahimov
Qaracalar kənd tam orta məktəbinin direktoru.
Azərbaycan Respublikası, Saatlı rayonu, Qaracalar kəndi.