“Uralvaqonzavod” Elm-İstehsalat Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Oleq Siyenkodan
26 dekabr 2014, 13:15
Hörmətli İlham Heydər oğlu,
Sizi ad gününüz münasibətilə “Uralvaqonzavod” Elm-İstehsalat Korporasiyasının bütün kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sizin ömür yolunuz Vətənə vicdanla xidmətin parlaq təsdiqidir. Azərbaycan Respublikasında iqtisadi və sosial sahələrin inkişafına Sizin töhfəniz ölçüyəgəlməzdir. Səmərəli və məhsuldar işiniz ölkədə Sizə böyük nüfuz və ehtiram qazandırıb.
Əminəm ki, Sizin enerjiniz, gözəl işgüzar keyfiyyətləriniz, ana Vətənə maksimum fayda gətirmək istəyiniz bundan sonra da həyatınızdakı və işinizdəki uğurların rəhni olacaq.
Sizə ali dövləti fəaliyyətinizdə səmimi qəlbdən yeni-yeni uğurlar, xoşbəxtlik və firavanlıq arzu edirəm.
Hörmətlə,
Oleq Siyenko
“Uralvaqonzavod” Elm-İstehsalat Korporasiyası”
Açıq Səhmdar Cəmiyyətinin baş direktoru