Fransanın “Le Racing de Lens” futbol klubunun prezidenti Jerve Marteldən
Text size
26 dekabr 2014, 12:50
Zati-aliləri,
Fransanın “Le Racing de Lens” futbol klubu adından doğum gününüz münasibətilə təbriklərimizi çatdırır, Sizə cansağlığı, firavanlıq və ali dövləti vəzifənizdə uğurlar arzu edirik.
Bu xoş fürsətdən istifadə edərək, 2015-ci ilin iyununda idmanın və futbolun beynəlxalq səviyyədə inkişafı üçün Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təşkilatçılığında səmərəli münasibətlər çərçivəsində birgə çalışmağa davam etmək arzumuzu çatdırırıq.
Ən dərin ehtiramla,
Jerve Martel
Fransanın “Le Racing de Lens” futbol klubunun prezidenti