logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Rusneft” Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Text size icon-size icon-size

25 dekabr 2014, 14:57

Hörmətli İlham Heydər oğlu,

Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan xalqının rifahının yüksəldilməsi, onun böyük potensialının üzə çıxarılması kursu Sizin rəhbərliyinizlə uğurla həyata keçirilir. Əminəm ki, ölkənizi qarşıda yeni-yeni nailiyyətlər və qələbələr gözləyir. Sizin siyasi müdrikliyiniz, zəngin təcrübəniz, doğma Vətəninizə, xalqınıza məhəbbətiniz bütün bunların rəhnidir. 

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sülh və firavanlıq, bütün işlərinizdə və təşəbbüslərinizdə müvəffəqiyyət arzu edirəm.

Hörmətlə, 

Mixail Qutseriyev

“Rusneft” Neft Şirkəti Açıq Səhmdar

Cəmiyyətinin prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi