Musa Həsənovdan, Sumqayıt, Azərbaycan


25 dekabr 2014, 12:00
Hörmətli cənab Prezident!
Sizin 2014-cü il 19 dekabr tarixli Sərəncamınızla “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına layiq görülmüşəm. Bir neçə il bundan əvvəl isə Siz məni “Tərəqqi” medalı ilə təltif etmişdiniz. Ümummilli liderimiz Heydər Əliyevin himayəsi və qayğısı sayəsində həyatda özünə yer tapan bir insan kimi əməyimin yüksək qiymətləndirilməsini hər şeydən əvvəl özümə və ailəmə çox böyük mənəvi dayaq hesab edirəm.
Şəxsən öz adımdan və ailəm adından Sizə dərin minnətdarlığımı bildirirəm. Söz verirəm ki, mənə həvalə olunan hər bir işi böyük etimad hesab edəcək və həlli üçün var gücümlə çalışacağam.
Möhtərəm Prezident, Siz xalqımızın mütləq əksəriyyəti kimi, mənim və ailəmin də əziz və sevimli Prezidentisiniz. Doğum gününüz, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Sizi və doğmalarınızı ürəkdən təbrik edir, ölkəmizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Həsənov Musa Süleyman oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.