Monteneqronun Baş naziri Milo Çukanoviçdən
24 dekabr 2014, 17:10
Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırır, xalqınızın rifahı və yaxınlarınızın sevinci naminə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm.
Sizin uzaqgörən və müdrik liderliyiniz dost Azərbaycanın inkişafı, tərəqqisi və sabitliyi üçün misilsiz əhəmiyyətə malikdir. Bunu, Sizin töhfələrinizin əvəzsiz olduğu ikitərəfli əlaqələrimizin qurulmasında və daimi inkişafında da müşahidə edirik.
Bu xoş fürsətdən istifadə edərək, Sizə, ailənizə və xalqınıza 2015-ci ildə ən xoş arzularımı çatdırıram.
Ən yüksək ehtiramımı və dost salamlarımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Milo Çukanoviç
Monteneqronun Baş naziri