logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

MDB Parlamentlərarası Assambleyası Şurasının Baş katibi Aleksey Sergeyevdən

Text size icon-size icon-size

24 dekabr 2014, 17:35

Hörmətli İlham Heydər oğlu,

MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından doğum gününüz münasibətilə təbriklərimizi qəbul edin. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə dövlətçiliyin və suverenliyin möhkəmlənməsi, davamlı iqtisadi, siyasi, sosial inkişaf yolunda qətiyyətlə və inamla irəliləyir. Sizə - görkəmli siyasi və dövlət xadiminə möhkəm cansağlığı, ailə səadəti, Azərbaycan Respublikasının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Aleksey Sergeyev

MDB Parlamentlərarası Assambleyası Şurasının Baş katibi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi