logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Vətəndaşlara məxsus tikililərin dövlət icbari sığortasının dayandırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 9 yanvar tarixli 398 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

23 dekabr 2014, 21:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Vətəndaşlara məxsus tikililərin dövlət icbari sığortasının dayandırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 9 yanvar tarixli 398 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 1, maddə 28) 2-ci hissəsi ləğv edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2014-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi