Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya
Text size


22 dekabr 2014, 19:00
Əlahəzrət,
Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 dekabr 2014-cü il.