Myanma İttifaqı Respublikasının Dövlət Sülh və İnkişaf Şurasının Sədri Zati-aliləri cənab Tan Şveyə
Text size
31 dekabr 2010, 13:58
Hörmətli cənab Sədr,
Milli bayramınız – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül tapmaqda olan dostluq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Myanma xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 dekabr 2010-cu il.