Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə
Text size


17 dekabr 2014, 18:10
Əlahəzrət,
Qətər Dövlətinin Milli günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Əminəm ki, Azərbaycan-Qətər dostluğu və əməkdaşlığının inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qətər xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 dekabr 2014-cü il.