İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Zati-aliləri xanım Simonetta Sommaruqaya
Text size


16 dekabr 2014, 18:15
Hörmətli xanım Sommaruqa,
İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-İsveçrə münasibətləri bu gün dinamik inkişaf yolundadır. Ümidvaram ki, dost ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 dekabr 2014-cü il.