Bəhreynin Kralı Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə
Text size


15 dekabr 2014, 18:27
Əlahəzrət,
Bəhreyn Krallığının Milli günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Bəhreyn münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 dekabr 2014-cü il.