logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktuma

Text size icon-size icon-size

01 dekabr 2014, 18:45

Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, qardaş xalqınıza daim sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 28 noyabr 2014-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi