logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rumıniyanın Prezidenti Zati-aliləri cənab Trayan Beseskuya

Text size icon-size icon-size

01 dekabr 2014, 09:15

Hörmətli cənab Prezident,

Rumıniyanın milli bayramı – Birlik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Rumıniya arasındakı münasibətlər bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi və xalqlarımızı birləşdirən sıx dostluq əlaqələri bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün əlverişli zəmindir.

Ümidvaram ki, Azərbaycan-Rumıniya dostluğu, qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 noyabr 2014-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi