Gəncə Avtomobil Zavodu işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
21 noyabr 2014, 18:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Gəncə Avtomobil Zavodunun işə salınmasının 10 illiyi ilə əlaqədar olaraq, səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Məmmədov Həmzə Hüseyn oğlu
Məmmədov Vahid Firuddin oğlu
Muradov Zahid Bəhrəm oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 noyabr 2014-cü il.