Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size


20 noyabr 2014, 19:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ədliyyə orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar hüquqşünas”
Musayev Toğrul Sirac oğlu
“Əməkdar həkim”
Hüseynov Füzuli Fazil oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2014-cü il.