logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Text size icon-size icon-size

19 noyabr 2014, 20:05

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 366; 2001, № 12, maddə 736; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 1; 2009, № 8, maddə 611; 2013, № 3, maddə 215; 2014, № 2, maddə 82) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddəyə aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Sub-qrant - qrant müqaviləsi (qərarı) üzrə alınmış vəsaitdən həmin müqavilədə (qərarda) resipiyent kimi nəzərdə tutulmamış üçüncü şəxsə bu müqavilənin (qərarın) icrası məqsədi ilə ayrıca qrant müqaviləsinə (qərarına) əsasən verilən vəsaitdir.”.
2. 4-cü maddənin 4-1-ci hissəsində “tələblər” sözündən sonra “sub-qrantlara və” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 oktyabr 2014-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi