Qazax Rayon Məhkəməsinin hakimi E.M.Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size


18 noyabr 2014, 18:55
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:
Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax Rayon Məhkəməsinin hakimi Elnur Muxtar oğlu Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 noyabr 2014-cü il.