Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size


18 noyabr 2014, 18:35
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar Müəllim”
Əliyeva İlahə Əliyulla qızı
Mehrəliyev İmaməddin İbrahim oğlu
Məmmədova Əfşan Əsəd qızı
“Əməkdar Mədəniyyət İşçisi”
Abdullayeva Tamilla Əli qızı
“Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”
Abdullayeva Gülnarə Hicran qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 noyabr 2014-cü il.