logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

17 noyabr 2014, 20:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 90.4-cü maddəsinə uyğun olaraq qərara alıram:

1. “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti mürəkkəb-texniki obyektlərin, komplekslərin və bu qəbildən olan başqa tikinti obyektlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2014-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi