logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

2010-cu il sentyabrın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

27 dekabr 2010, 20:00

1. 2010-cu il sentyabrın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum” təsdiq edilsin. 

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin. 

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Bolqarıstan Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2010-cu il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi