logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirini qəbul edib

Text size icon-size icon-size

05 noyabr 2014, 13:50

Prezident İlham Əliyev Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonu qəbul edib.

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla vurğuladı.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə olduğu bildirildi, iqtisadi əməkdaşlıq sahəsində energetikanın prioritet təşkil etdiyi vurğulanaraq bu istiqamətdə Böyük Britaniyanın bp şirkətinin Azərbaycanın əsas tərəfdaşı olduğu qeyd edildi, mühüm infrastruktur layihələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edildi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi