logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Avstriyanın Azərbaycandakı səfirini qəbul edib

Text size icon-size icon-size

03 noyabr 2014, 14:40

Prezident İlham Əliyev Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer Kaybiçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi, yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulandı.

İqtisadi əməkdaşlığın razılıq doğurduğu bildirilərək, Azərbaycanda iqtisadiyyatın bir sıra sahələrində Avstriya şirkətlərinin səmərəli fəaliyyət göstərdiyi vurğulandı, əlaqələrimizin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edildi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi