Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında 2010-cu il sentyabrın 27-də Daşkənd şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
27 dekabr 2010, 19:40
1. Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında 2010-cu il sentyabrın 27-də Daşkənd şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Özbəkistan Respublikası Daxili İşlər Nazirliyinin 2010-2012-ci illərdə qarşılıqlı fəaliyyəti haqqında Protokol;
1.2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi arasında 2010-2012-ci illər üçün Əməkdaşlıq Proqramı;
1.3. Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası və Özbəkistan Respublikası Uçuşların Təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Müfəttişliyi (Dövlətavianəzarət) arasında aviasiya personalı şəhadətnamələrinin qarşılıqlı tanınması haqqında Saziş;
1.4. Azərbaycan Respublikası Baş Prokurorluğu və Özbəkistan Respublikası Baş Prokurorluğu arasında əməkdaşlıq və hüquqi yardım haqqında Saziş;
1.5. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Özbəkistan Milli Teleradio Şirkəti arasında Əməkdaşlıq Sazişi;
1.6. Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu və Özbəkistan Rəssamlıq Akademiyası arasında əməkdaşlıq haqqında Müqavilə.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.6-cı bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.6-cı bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Özbəkistan Respublikası tərəfini xəbərdar etsin.