Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri xanım Dilma Russeffə
Text size


29 oktyabr 2014, 17:55
Hörmətli xanım Prezident,
Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 oktyabr 2014-cü il.