Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovdan
24 dekabr 2010, 19:17
Hörmətli cənab Prezident, əziz dostum,
Ad gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik və məsul işinizdə müvəffəqiyyətlər arzulayıram.
Aramızdakı yaxşı şəxsi əlaqələrin və dostluğun, kollektiv işin Bolqarıstan-Azərbaycan əməkdaşlığının gələcəkdə xalqlarımızın qarşılıqlı mənafeyi, sülh, sabitlik, regionların və Avropanın tərəqqisi naminə daha da gücləndirilməsində mühüm rol oynayacağına inamımı ifadə edirəm.
Ölkənizin və xalqınızın tərəqqisinə yardım edən dövlət təcrübənizi və yorulmaz səylərinizi yüksək qiymətləndirirəm. Avropa və Avratlantik strukturlarla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi sahəsində Azərbaycan siyasətinin həyata keçirilməsində mühüm rolunuzu alqışlayıram və bu sahədə mənim dəstəyimə arxalana bilərsiniz.
Zati-aliləri, ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Georgi Pırvanov
Bolqarıstan Respublikasının Prezidenti
Sofiya, 24 dekabr 2010-cu il.