logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Text size icon-size icon-size

15 oktyabr 2014, 15:30

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Pyer Andryönü (Fransa), ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki və Devid Salvonu (ABŞ-dan olan həmsədrin köməkçisi) qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi