logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Minskə səfərə gəlib

Text size icon-size icon-size

09 oktyabr 2014, 22:45

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə səfərə gəlib.

MDB-nin iştirakçısı olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi