logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Yoaxim Qauka

Text size icon-size icon-size

02 oktyabr 2014, 18:15

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. 

Bu gün Azərbaycan-Almaniya münasibətləri dinamik inkişaf yolundadır. Dost ölkələrimiz arasındakı əməkdaşlıq həm ikitərəfli qaydada, həm də Avropa strukturları çərçivəsində müvəffəqiyyətlə davam etməkdədir. 

Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, iqtisadi, humanitar əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik. 

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim sülh və firavanlıq diləyirəm.

Hörmətlə, 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 sentyabr 2014-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi