logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Türkmənistanın Baş nazirinin müavini Sapardurdu Toyliyevi qəbul edib

Text size icon-size icon-size

02 oktyabr 2014, 17:15

Prezident İlham Əliyev Türkmənistanın Baş nazirinin müavini Sapardurdu Toyliyevi qəbul edib.

Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Xəzəryanı ölkələrin dövlət başçılarının bir neçə gün əvvəl Həştərxanda keçirilən Sammitinin regional əməkdaşlıq baxımından əhəmiyyəti vurğulandı. Əlaqələrin inkişafında hökumətlərarası birgə komissiyanın rolu xüsusi qeyd edildi.

Söhbət zamanı iqtisadiyyat, nəqliyyat, investisiya qoyuluşu sahələrində yaxşı perspektivlərin olduğu diqqətə çatdırıldı, bu sahədə səylərin gücləndirilməsinin önəmi vurğulandı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi