Zaur Alıyevdən, Bakı, Azərbaycan


26 sentyabr 2014, 17:55
Möhtərəm cənab Prezident!
Son illər respublikamızda görülən bütün işlər uğurla həyata keçirilir. Sizin imzaladığınız və uğurla həyata keçirilən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində qəsəbələrdə aparılan quruculuq və abadlıq işlərinin miqyası gündən-günə genişlənir. Bu baxımdan Pirallahı rayonunda görülən işlər xüsusilə təqdirəlayiqdir. Son zamanlar həyata keçirilən layihələr, aparılan genişmiqyaslı yenidənqurma, tikinti-abadlıq işləri Pirallahı rayonunun mənzərəsini xeyli dəyişib. Görülən işlərdən “Vətən uğrunda” abidə-kompleksinin inşası, yaşayış binaların üz örtüklərinin yenilənməsi, istilik sistemlərinin yenidən müasir səviyyədə qurulması, içməli su xəttinin çəkilməsi, 10 saylı Bakı şəhər xəstəxanasının əsaslı təmir edilməsi və həyata keçirilən digər işlər bütün qəsəbə sakinləri tərəfindən alqışla qarşılanır. Bütün bunlar onu göstərir ki, Siz insanlara qayğı ilə yanaşır, onları narahat edən problemlərin həlli üçün çalışırsınız.
Möhtərəm Prezident! Göstərilən bu qayğıya görə Sizə “Çox sağ olun” deyirik. Sizə minnətdarlığımızı bildirir və Sizinlə fəxr edirik. Tanrı Sizi qorusun!
Dərin hörmətlə,
Alıyev Zaur Nazim oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.