Gürcüstan Prezidenti Mixeil Saakaşvili İlham Əliyevə telefonla zəng etmişdir
Text size
24 dekabr 2010, 15:23
Dekabrın 24-də Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Gürcüstan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona Prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Mixeil Saakaşviliyə minnətdarlığını bildirmişdir.
Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunmuşdur.