İlham Əliyevin adından dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə nahar verilib
Text size
20 sentyabr 2014, 17:50
Prezident İlham Əliyevin adından “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr edilən təntənəli mərasimdə iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə nahar verilib.
Dövlət, hökumət və nümayəndə heyətlərinin başçıları Dağüstü parka gəldilər. Qonaqlar buradan Bakının mənzərəsini seyr etdilər.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyevin adından qonaqların şərəfinə nahar verildi.