logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin və Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasın təkbətək görüşü olub

Text size icon-size icon-size

19 sentyabr 2014, 22:10

Prezident İlham Əliyev ilə Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasın təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, “Cənub” qaz dəhlizinin reallaşmasının əhəmiyyəti vurğulandı. Qeyd edildi ki, Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlıq əlaqələrinin böyük perspektivi var.

Söhbət zamanı ikitərəfli münasibətlər, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi