Alesder Darley Şeferd Kukun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size


19 sentyabr 2014, 19:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə və “Əsrin müqaviləsi”nin 20 illiyi ilə əlaqədar BP qrupu baş icraçı direktorunun icra aparatının rəhbəri Alesder Darley Şeferd Kuk “Dostluq” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 sentyabr 2014-cü il.