İlham Əliyev Türkiyə müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Text size


11 sentyabr 2014, 14:20
Prezident İlham Əliyev Türkiyə Respublikasının müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyi bildirildi, keçirilməsi nəzərdə tutulan birgə hərbi təlimlərin Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi baxımından önəmi qeyd olundu, Türkiyə Respublikasının müdafiə naziri İsmet Yılmazın ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik vurğulandı.