İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təkbətək görüşü olub
Text size
11 sentyabr 2014, 12:00
Prezident İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Gürcüstanın Baş nazirinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edildi. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.