logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

10 sentyabr 2014, 14:45

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının təsviri” təsdiq edilsin (Əlavə I).

2. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının spesifikasiyası” təsdiq edilsin (Əlavə II).

3. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının nümunəsi” təsdiq edilsin (Əlavə III).

4. Bu Fərman 2015-ci il dekabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2014-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi