H.X.Orucova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
04 sentyabr 2014, 17:30
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Hidayət Xuduş oğlu Orucova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 sentyabr 2014-cü il.