Qətər Dövlətinin Vəliəhdi əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə
Text size
17 dekabr 2010, 18:00
Əlahəzrət,
Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, xalqlarımızın iradəsini əks etdirən Azərbaycan-Qətər dostluğu və əməkdaşlığı daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş xalqınıza əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 dekabr 2010-cu il.