Slovakiya Respublikasının Prezidenti Zati-aliləri cənab Andrey Kiskaya
Text size


01 sentyabr 2014, 18:15
Hörmətli cənab Prezident,
Slovakiya Respublikasının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Slovakiya arasındakı mövcud dostluq əlaqələri qarşılıqlı maraq doğuran ikitərəfli əməkdaşlığımızın inkişafı üçün yeni-yeni imkanlar açacaqdır.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 avqust 2014-cü il.