Ruhəngiz Həsənovadan, Şirvan, Azərbaycan


01 sentyabr 2014, 17:50
Hörmətli cənab Prezident!
Biz Şirvan şəhərinin Bayramlı qəsəbəsi M.Ə.Sabir küçəsi 6 saylı binanın sakinləri keçən əsrin 30-cu illərində inşa edilmiş, heç bir şəraiti olmayan, heç vaxt təmir üzü görməyən, həyatımız üçün təhlükəli olan binada yaşayırdıq. 2012-ci ildə Sizə müraciət etdik. Sizin müvafiq göstərişinizlə göndərilən komissiyası binanın yararsız və qəzalı olması barədə qərar qəbul etdi. Allah Sizi bizə çox görməsin, balalarınız həmişə xoşbəxt və firavan yaşasın. 2014-cü ilin fevral ayında binanın sökülərək yenidən tikilməsi üçün bizi kirayə pulu ödənilməklə müvəqqəti yaşamaq üçün digər evlərə göndərdilər. Qısa müddət ərzində hər bir şəraitə malik 12 mənzilli bina tikilərək biz sakinlərin istifadəsinə verildi. Binada bizim üçün hər cür şərait yaradılıb.
Hər bir mənzil ayrılıqda istilik sisteminə malikdir, binanın ətrafı abadlaşdırılıb.
Bizə göstərilən bu diqqətə, qayğıya, yaradılan rahat şəraitə görə Sizə minnətdarıq, cənab Prezident. Biz bilirik ki, Siz Azərbaycanın hər bir vətəndaşına qarşı diqqətlisiniz. Prezident seçkilərində Sizə arxa durmaqda, Sizə səs verməkdə yanılmamışıq. Biz Sizə inanır, güvənir, təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə və ailənizə cansağlığı və xoşbəxtlik arzulayırıq. Çox sağ olun. Qoy ulu Tanrı Sizi və balalarınızı daim hifz eləsin!
Hörmətlə,
Həsənova Ruhəngiz Heydər qızı.
Azərbaycan Respublikası, Şirvan şəhəri.