İlham Əliyev Horadiz şəhərində Bayraq Meydanında yaradılan şəraitlə tanış olub
28 avqust 2014, 18:35
Prezident İlham Əliyev Horadiz şəhərində Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, 10 hektar ərazidə salınan Bayraq Meydandan bütün Horadiz şəhəri görünür. Burada geniş yaşıllaşdırma və abadlıq işləri görülüb. Meydana qalxmaq üçün sağ və sol tərəflərdə hər biri 287 pillədən ibarət olan sütunlu pilləkən tikilib. Əraziyə avtomobil yolu çəkilib və dayanacaq inşa olunub. Bayraq dirəyinin yerdən hündürlüyü 68 metrdir və demək olar ki, bütün ətraf ərazilərdən aydın görünür. Meydanın əhəmiyyətini artıran mühüm amillərdən biri də burada 3 istirahət guşəsinin yaradılmasıdır. Beləliklə, Horadizdəki Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.