logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Beyləqanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Text size icon-size icon-size

28 avqust 2014, 14:00

Prezident İlham Əliyev Beyləqan rayonuna səfərə gəlib.

Dövlət başçısı Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə abidə ətrafında aparılan abadlıq və tikinti işləri barədə məlumat verdi. Bildirildi ki, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Parkında rayon sakinləri, eləcə də qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi